İraq Müdafiə Naziri Əbdülqadir Əl-Ubeydi, Ayətullah Seyyid Sistanidən ölkənin vəhdəti və birliyi üçün əhəmiyyətli dərslər aldığını bildirib.
Bu gün Ayətullah Sistanini ziyarətindən sonra bir açıqlama verən İraq Müdafiə Naziri Əbdülqadir Əl-Ubeydi, "Ayətullah Sistani bu günkü görüşümüzdə ölkənin vəhdəti, birliyi və təhlükəsizli ilə əlaqədar olaraq mənə əhəmiyyətli dərslər verdi" deyib.
Əl-Ubeydi hal-hazırda baş verən hadisələrlə Ayətullah Sistaniyə geniş məlumat verdiyini bildirərək, Ayətullah Sistanidən təhlükəsizliyin qorunması üçün təkliflərin aldığını da qeyd edib.
İslam-Azeri.az