Azərbaycan və MDB » Azərbaycanın İran ilə dost münasibətlərinə heç bir ölkə təsir göstərə bilməz - Əli Həsənov

"Azərbaycan Prezidenti İlham Əliyev İran ilə münasibətləri dostluq prinsipləri üzərində inkişaf etdirmək niyyətindədir"

Bu barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

O deyib: "Ölkələrimiz dərin tarixi əlaqələrə malikdir. Qonşu olmaqla bərabər, xalqlarımız ümumi tarixə və mədəniyyətə malikdir. Nümayəndə heyətimizin İrana səfərinin əsas məqsədi informasiya sahəsində, o cümlədən, televiziya və radio yayımı sahəsində əməkdaşlığı daha da inkişaf etdirməkdən ibarətdir. İnanıram ki, İranın mətbuat sahəsində rəhbər şəxsləri ilə görüşlərimiz məhsuldar alınacaq".

Şöbə müdiri 1993-2003-cü illər aralığında iki ölkə arasında gözəl münasibətlərin olmasını xatırladaraq, həmin münsibətlərin bu gün də saxlanmalı olduğunu vurğulayıb: "Keçmişdə bəzi ölkələr Azərbaycan ilə İran arasında münasibətlərə xələl gətirməyə çalışıblar. Bununla belə, heç bir ölkə Azərbaycanın İran ilə dost münasibətlərinə təsir göstərə bilməz".

SalamNews-un İRNA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində bu ölkənin "Seda ve Sima" teleradio yayım şirkətinin rəhbəri, XİN məruzəçisi, islam və mədəniyyət nazirinin müavini, həmçinin, digər nümayəndələrlə görüşləri planlaşdırılır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!