
Bir neçə ildən bir yenisi ilə əvəz edilən bayraqlar İslam Dünyasının müxtəlif ölkələrinin müsəlman xalqına ithaf edilir
Bayraqlar ilk öncə müqəddəs Qum şəhərinə gətiriləcək, İslam Alimləri və  bir sıra inanclılar tərəfindən təbərrük edildikdən sonra Azərbaycan  Xalqına hədiyyə olaraq göndəriləcək. Bu gün İslam Ümmətinin İmamı,  Azadlıq Rəmzi, Şəhidlər Ağası İmam Hüseyn və Vilayət Tabeçisi,  Vəfadarlıq Nümunəsi Əbülfəzl Abbas həzrətlərinin müqəddəs məqbərələri  üzərində sancılmış İslam Bayraqları hərəmin xadimləri tərəfindən yenisi  ilə əvəz edildi. 
Bir neçə ildən bir yenisi ilə əvəz edilən  bayraqlar İslam Dünyasının müxtəlif ölkələrinin müsəlman xalqına ithaf  edilir. Bu il bu şərəf Əhli Beyt məmləkəti olan Azərbaycan Xalqına nəsib  oldu. 
Qeyd edək ki, Bayraqlar ilk öncə müqəddəs Qum şəhərinə  gətiriləcək, İslam Alimləri və bir sıra inanclılar tərəfindən təbərrük  edildikdən sonra Azərbaycan Xalqına hədiyyə olaraq göndəriləcək.
 Xatırladaq ki, iki il öncə bu müqəddəs Bayraqlar Livanın Hizbullah Xalq Hərəkatına İthaf edilmişdir.