Orta şərq » Laricani: “İrana qarşı sanksiyaları dəstəkləyən ölkələrlə münasibətlərə yenidən baxacağıq”

Tehran İrana qarşı yeni sanksiyaları dəstəkləyən bütün ölkələrlə münasibətləri yenidən nəzərdən keçirəcək

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin sədri Əli Laricani bəyan edib. Spiker bildirib ki, ABŞ və Avropanın son təşəbbüsü cavabsız qalmayacaq: “İran ona qarşı bu mövqedə olan ölkələrlə münasibətlərinə yenidən baxacaq. Parlament bu məsələni yaxın zamanlarda müzakirə edəcək”.

Dünya dövlətlərini ABŞ-ın siyasətindən uzaqda durmağa çağıran parlament sədri əks təqdirdə, bu dövlətlərə qarşı əks-tədbirlər görüləcəyini vurğulayıb.

Qeyd edək ki, hazırda ABŞ və bəzi Avropa dövlətləri İrana qarşı bank-maliyyə sektorunu əhatə edən yeni, sərt sanksiyalar tətbiq edərək, digər ölkələri də bu cəza tədbirlərinə cəlb etməyə çalışır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!