Analitika və müsahibə » MAQATE-nin hesabsatı qeyri-dəqiq kəşfiyyata əsaslanır-"New York Times"

"Qərb ölkələri bu təhlükəli oyunu dayandırmalıdır!"

ABŞ-ın nüfuzlu "New-York times" qəzeti İrana qarşı nüvə silahı iddialarına maraqlı şərh verib. 313news.net-in "zaman" qəzetinə istinadlı xəbərinə görə, Amerika qəzeti hesab edir ki, MAQATE-nin hesabatı ən yaxşı halda qeyri-dəqiq kəşfiyyat məlumatlara əsaslanır. Hesabatda hər nə qədər partlayıcı cihaz üçün sınaqlara işarə edilsə də bu, şübhələri aradan qaldırmır. Bu hesabat bizi başqa bir hesabata doğru aparır: Kolin Povelin 2003-cü ildə təqdim etdiyi Səddam Hüseynin biloji silah hesabatı!

"İndependent" isə yazır ki, İranın "nüvə həvəsi"nin qarşısını almağın və İsrailin regional təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu Tehrandakı itaətsiz rejimi "ərəb baharı"ndakı kimi dəyişməkdir. Lakin qərb ölkələri İran müxalifətinin "texnoloji faciəsi"ni gözardına vurur. Belə ki, 2009 seçkilərində bir çoxu Nokia-Siemens firmalarının casus telefon yazılımları ilə aşkarlanıb və həbs edilib.

Hərbi müdaxilə isə cəld və qüsursuz olmayacaq; müharibə Yaxın Şərqə yayılacaq və ayaqda qalsa, xaricə təhlükə mənbəyi olan İslam rejimi güclənəcək.

Əgər bu, Rusiya və Çinin müxalifə qarşısında İslam Respublikasına təzyiqləri gücləndirmək üçün "PR"-dısa, o zaman məntiqi əsası var. Lakin bu, digər qərb hökumətlərini rədd etməsi lazım olan təhlükəli bir oyundur.

/313news.net/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!