
Bu barədə məlumatı baş nazir Benyamin Netanyahunun mətbuatla əlaqə üzrə müşaviri verib
İsrailin Nazirlər Kabineti yanında terrorla mübarizə üzrə qərargahı  Azərbaycanda İsrail vətəndaşlarına qarşı terror təhlükəsinə dair yaydığı  xəbərdarlığı ləğv edib. ANS PRESS-in İsrail mətbuatına istinadla  verdiyi məlumata görə, bu barədə məlumatı baş nazir Benyamin  Netanyahunun Rusiya mətbuatı ilə əlaqə üzrə müşaviri Aleks Selski verib.  
 
 Xatırladaq ki, bu ilin fevral ayında terrorla mübarizə üzrə qərargah  “Hizbullah”ın İsrail vətəndaşlarına qarşı hücum planları barədə  xəbərdarlıq yaymışdı. Ölkə vətəndaşlarına Azərbaycan, Gürcüstan,  Ermənistan, Türkiyə, Misir, İraq və bir sıra başqa ölkələrə səfərlərdən  yayınmağa səsləmişdilər. İyul ayında xəbərdarlıq yenidən edilmişdi.  Xəbərdarlıq “Hizbullah” liderlərindən biri İmad Miqniyənin öldürülməsini  3-cü ildönümü ilə əlaqədar idi.