Orta şərq » İranın ali dini lideri hacılara müraciət etdi

Ayətullah Xameneyi hər il olduğu kimi bu ildə həcc müraciəti edib

İranın ali dini lideri Ayətullah Seyyid Əli Xameneyi hacıları müraciəti edib. Dini lider ənənəvi müraciətində İslam dünyasını bir olmağa və düşmənin fitnələrinə uymamağa çağırıb. Ayətullah Xameneyi Liviya hadisələrinə də toxunub: "Bir vaxtlar xəbis və diktator Qəzzafi onların ən yaxın dostları idi və onu bağırlarına basırdılar. Çünki onun vasitəsilə Liviya xalqının sərvətlərini talayırdılar. Lakin qiyamdan sonra bu bəhanə ilə Liviyanı istila etdilər. Kim NATO və qərb ölkələrinin Liviyanı tutmasına və xalqın qətl edilməsinə əngəl ola bilərdi? Qaniçən və vəhşi qərb güclərinin zəhərləri pəncələri digər İslam ölkələri üçün də hər zaman təhlükə daşıyır. Bundan qurtuluşun tək yolu isə vahid İslam blokunu yaratmaqdır".

Dini lider həmçinin ABŞ və İsrailin bu gün həmişəkindən zəif olduğunu bildirib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!