
Azərbaycanlı zəvvarlar bu gündən Ərəfat çölündə Həcc əməllərinə başlayıblar
APA-nın  məlumatına görə, zəvvarların təhlükəsizliyinə Səudiyyə Ərəbistanının  xüsusi xidmət orqanları nəzarət edir. Zəvvarlar həmçinin havadan  vertolyotlar vasitəsilə qorunur.
 
 Ərəfat çölü Məkkə şəhərinin 21-ci kilometrliyində yerləşir.
 
 Qeyd edək ki, 2500 azərbaycanlı zəvvar Həcc ziyarətinə 18 və 26 avtobusdan ibarət iki karvan və 5 təyyarə ilə yola düşüblər.