Analitika və müsahibə » Nardaran qəsəbəsi "qaranlıq günlərini" yaşayır

Bakının Nardaran qəsəbəsinə elektrik enerjisi təchizatı 5 gündür dayandırılıb

Kənd sakinlərinin sözlərinə görə, “Bakıelektrikşəbəkə” ASC bu halı elektrik enerjisinə olan borcla izah edir. Lakin kənd sakinləri israr edir ki, belə hal qəsəbədə dəfələrlə təkrar olunub və sakinlər günlərlə işıqsız qalıblar.

Nardaran qəsəbə sakini İlqar Abbasov baş verənlərin enerji istifadəsinə olan borcla heç bir əlaqəsinin olmadığını deyib. Onun sözlərinə görə, sakinlər ödəniş edib, əllərində də qəbzləri var.

“Pul yığılıb, 3-4 gün bundan əvvəl 12 min AZN yığılaraq ödənildi. Bu gündə yığmışıq. Ümumilikdə 24 min AZN ödənilib. Söhbət borcdan gedirsə, ətraf kəndlərin hamısının bocu var, lakin Nardaranda baş verənlər başqa kəndlərdə təkrarlanmır. Pul poçtda ödənilib çeklərdə əlimizdəfir, lakin işıq verilmir”, - İlqar Abbasov bildirdi.

Xatırladaq ki, elektrik enerjisinin dayandırılması səbəbindən qəsəbədə ciddi çətinliklər yaranıb. Məktəblilər dərslərini neft lampası işiğında hazırlamaq məcburiyyətində qalıblar. Hələ evə gələn qonaq-qaranı da şam və lampa işığı ilə qarşılayıb yola salırlar.

İşığın nardaranlılar üçün yad olduğunu bildirən qəsəbə sakinləri, son vaxtlar enerji təhcizatının nə olduğunu bilmədiklərini söyləyirlər. Belə ki, Nardaran sakini Mehman Quliyev dedi ki, şəbəkə bəzi məhəllələrin borcu olduğunu iddia edir, lakin kənd camaatı "Bakıelektrikşəbəkə" işçilərinə sübut ebib ki, elə məhəllələr var, orada ödəniş göstəriciləri 95%-dir. Bu hal qəsəbə sakinlərində qiciq yaratmaq üçündür. Məmurların bu cür hərəkətləri kənd camaatını qıcığlandıraraq ayağa qaldırmağa və dövlətə qarşı çıxmağa sövq edir.

Nardaran qəsəbə Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirdi ki, bundan qabaq da belə hallar müşahidə olunub: "Onda da elektrik enerjisinin təchizatı xəbərdarlıq edilmədən dayandırıılmışdı. Bir neçə gün bundan qabaq elektrik enerjisinin bərpa edilməsi üçün biz 15 800 AZN məbləğdə pul yığdıq ödədik. Çox keçmədi, artıq 4 gündür yenidən işığımızı kəsiblər. Biz yenə də yığdığ, ödədik. Ümumilikdə 25 min AZN-ə yaxın pul ödənilib. Nə fayda? Qaranlıqda oturmuşuq”.

Məsələyə aydınlıq gətirən “Bakıelektirikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev SalamNews-a bildirib ki, bu gün ölkənin bir çox ərazisində, o cümlədən Bakıda, elektrik enerjisinin verilməsində heç bir problem yoxdur. Biz bütün abonentlərə eyni gözlə baxırıq. Elektrik enerjisinin dayandırılması, vətəndaşları borcu olduğu halda, xəbərdarlıq edildikdən sonra kəsilir.

O, Nardaran qəsəbəsinin kütləvi şəkildə işıqsız qalmasını, bir daha elektrik enerjisinə olan borcla izah etdi.

Belə görünür, Nardaran sakinləri işıqlı gələcəyini arzuladıqları övladlarının işıqda təhsil alması üçün daha çox pul xərcləməli olacaqlar. /salamnews/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!