Orta şərq » İranda deputatlar iqtisadiyyat və maliyyə nazirlərinin impiçmentini tələb edirlər

İran parlamentinin 25 üzvü "Saderat" bankından 2,6 milyard dolların qarət olunması ilə bağlı iqtisadiyyat və maliyyə naziri Şəmsəddin Hüseyninin impiçmenti tələb ilə müraciət imzalayıblar

SalamNews-un ''MehrNews''yə istinadən verdiyi xəbərə görə, bu barədə İran Məclisinin deputatı Nadir Qazipur məlumat verib. Onun sözlərinə görə, müraciət Məclisdə müzakirəyə çıxarılacaq. İran Konstitusiyasına əsasən, nazir 10 gün ərzində Məclisdə izahat verməlidir.

Deputatlar iqtisadiyyat və maliyyə nazirini qarətin qarşısını alınmamaqda və ölkənin iqtisadiyyat və bank sahəsində rəqabatin olmamasında ittiham edirlər.

Xatırladaq ki, daha öncə İran parlamentinin 11 deputatı qarət faktı ilə əlaqədar ölkə Məclisinin Komitəsinə prezident Mahmud Əhmədinejaddan şikayət ediblər. Şikayət İslam İnqilabı Ali lideri Ayətullah Seyid Əli Xameneinin tövsiyyəsi ilə geri götürülüb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!