
Mövsüm Səmədova 12 il həbs cəzası verildi verildi
APA-nın  məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən  prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə  Hacı Mövsüm Səmədov 12 il, Vaqif Abdullayev 11 il, Rufulla Axundzadə 11  il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəraməz  Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. 
 Zülfüqar Mikayılov isə 5 il sınaq müddəti təyin olunmaqla, 11 il müddətinə şərti cəzaya məhkum olunub.
 
 Qeyd edək ki, ittiham olunan şəxslər bu il yanvarın 7-də inzibati  qaydada saxlanılıblar. Sonradan onlara Cinayət Məcəlləsinin 28,  214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya  cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq)və  278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri  üzrə ittiham elan olunub.