"Biz yəhudiləri nə dənizə tökməyi, nə də BMT-nin vasitəçiliyini təklif edirik. Biz təklif edirik ki, bütün fələstinlilərin iştirakı ilə referendum keçirilsin"
SalamNews-un İRNA agentliyinə istinadla verdiyi xəbərə görə, bu sözləri İran İslam Respublikasinin ali dini lideri Ayətullah Xamnei Tehranda keçirilən ''Fələstində xalq hərəkatının müdafiəsi'' V Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.
O deyib: "Obama bildirir ki, İsrailin təhlükəsizliyi gırmızı xəttimizdir. Amma görəcək ki, region xalqlarının oyanışı ilə bu gırmızı xətt sınacaq. Bu gün İsraili təhdid edən İranın raketleri və ya silahlı muqaviməti deyil, imperializmə boyun əymək istəməyən region xalqlarının oyanışıdır".
Xatırladaq ki, İran parlamentinin spikeri Əli Laricani Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəni də tədbirdə iştiraka dəvət edib.
Şeyxülislam Allahşükür Paşazadəninin çıxışı zamanı Azərbaycanın Fələstin xalqının haqq səsinə dəstək olacağını və bu yolda atılmış addımlar barədə danışacağı, həmçinin, Fələstin məsələsində müsəlman birliyinin vacibliyini vurğulayacağı gözlənilir.