Analitika və müsahibə » BAKIDA HƏRBİ HİSSƏDƏ GÜCLÜ YANĞIN OLUB
Azərbaycan Müdafiə Nazirliyinə məxsus hərbi hissədə yanğın baş veribXəzərXəbərin məlumatına görə,Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə bu gecə, saat 00:50 radələrində baş verib.

Məlumatda bildirilir ki, Bakının Yasamal rayonu, Badamdar qəsəbəsi, T. Məmmədov küçəsində yerləşən, Müdafiə Nazirliyinə məxsus, fəaliyyətdə olmayan hərbi hissədə güclü yanğın olub. Hadisə yerinə gələn 6 yanğınsöndürən maşın iki saat ərzində yanğının qarşısını tam ala bilib. Yanğın nəticəsində xəsarət alan olmasa da, hərbi hissəyə məxsus tikilinin 230 kvadrat metr sahəsi yararsız hala düşüb. 

Yanğının səbəbləri barədə hələlik heç bir açıqlama verilmir. Faktla bağlı araşdırma aparılır.


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!