Azərbaycan və MDB » Azərbaycan İslam Partiyasının fövqəladə toplantısı keçirilib

Bu gün Azərbaycan İslam Partiyasının (AİP) rəhbərliyi həbs olunan islamçıların hüquqlarının müdafiə komitəsi ilə birlikdə fövqəladə toplantı keçirib

AİP-in mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, toplantıda islamçıların məhkəmə istintaqının son iclasında dövlət ittihamçısının müttəhimlər üçün ədalətsiz və ağır cəza istəməsi kəskin tənqid olunub. AİP rəhbərliyi və müdafiə komitəsinin üzvləri prokurorun gözlənilməz mövqeyini, sifarişli həbslərin bu cür sonunclanmasına etiraz bildirərək, qanunsuzluğu pisləyiblər.

Toplantıda müdafiə komitəsinin və AİP-in atacağı addımlar haqqında qərar qəbul olunub. Belə ki, gələn həftə mətbuat konfransı keçiriləcək və kütləvi aksiyalara start veriləcəyi barədə müzakirələrə başlanılacaq.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!