İsrailin baş naziri türk həmkarına cavab verib
Türkiyə və İsrail arasındakı "soyuq müharibə" davam edir. Türkiyənin baş naziri Rəcəb Teyyib Ərdoğan "CNN" kanalına verdiyi müsahibədə İsrailin barədə: "İsrail yüz minlərlə fələstinlini öldürür, özü isə "soyqırımdan" istifadə edirik məzlum kimi təqdim edilir" deyib.
313news.net-in "Timeturk"ə istinadlı məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu isə "Yerusəlim post" qəzetinə verdiyi müsahibədə türk həmkarının fikirlərinə cavab verib: "Bu çirkin iddiaların həqiqətlə heç bir əlaqəsi yoxdur. Biz "soyqırımdan" istifadə etmirik. Minlərlə israilli Fələstin terrorizminin qurbanı olub".
Yəhudi baş nazir, Ərdoğanın ifadələrindən məyusluğunu bildirib: "Bu cür açıqlamanı bir türk liderindən eşitmək təəssüfvericidir".