Orta şərq » Əhmədinejad: "Qərb ölkələri qarışıqlıq yaratmaq istəyir"

İran prezidenti Sudana səfər edib

İran prezidenti Mahmud Əhmədinejad Sudana səfər edib. Burada İran prezidenti sudanlı həmkarı Ömər əl-Bəşir ilə görüşüb. Görüş zamanı prezidentlər ölkələr arasında münasibətlərin inkişaf etdirilməsi barədə müzakirələr aparıb-ANS PRESS xəbər verir. 

Görüşdən sonra mətbuat konfransında çıxış edən Ömər əl-Bəşir deyib ki, Sudan və İran Afrikada ixtilaf yaratmaq istəyən xarici qüvvələrə qarşıdır. O həmçinin İran və Sudanın bir çox beynəlxalq məsələlərdə də əməkdaşlıq etdiklərini bildirib.

Ərəb dünyasındakı inqilablara toxunan əl-Bəşir xalqların tələblərinə hörmət göstərilməsinin vacibliyini vurğulayıb. Sudan prezidenti həmçinin Suriya hökumətindən xalqla razılaşmağı xahiş edib.

Fələstin mövzusuna gəlincə, Sudan prezidenti qeyd edib ki, bu, təkcə Fələstinin deyil, bütün ərəb dünyası və dünya müsəlmanlarının problemidir.

İran prezidenti Mahmud Əhmədinejad isə BMT Baş Assambleyasındakı anti-Qərb çıxışını burada da davam etdirib. O, Qərbin siyasətinin ərəb dünyasında ixtilaf yaratmaq və ölkələr arasında birliyi pozmağı hədəflədiyini deyib. “Ərəb dünyasında baş verənlər Qərb ölkələrinin müharibə və qarışıqlıq yaratmaq planlarının nəticəsidir”, - deyə İran prezidenti bildirib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!