BMT Təhlükəsizlik Şurası Fələstinin bu təşkilatda üzvlüyə dair ərizəsinə bazar ertəsi sentyabrın 26-da baxacaq
Bu barədə jurnalistlərə BMT TŞ-nın sədri Nəvaf Salam məlumat verib.
«Bu gün Baş katib fələstinlilərin müraciətini mənə verib və BMT TŞ müraciətə baxmaq üçün bazar ertəsi toplaşacaq», deyə Salam bildirib.
Müraciəti BMT Baş katibinə dünən Fələstin Milli administrasiyasının rəhbəri Mahmud Abbas verib. /APA/