3 aya yaxındır Səudiyyə Ərəbistanında müalicə alan Yəmən prezidenti Əli Abdulla Saleh vətənə dönüb.
Xatırladaq ki, o, iyunun 3-də ağır yaralanmışdı. Sonradan o, növbədənkənar seçki elan etməyə və səlahiyyətlərindən imtinaya hazır olduğunu bəyan etsə də, hələ də vədini yerinə yetirməyib.
Milli.Az «Associated Press»ə istinadən xəbər verir ki, Əli Abdulla Saleh vətənə qayıtdıqdan sonra ilk bəyanatını verib. O, hökumət qüvvələri və müxalifəti atəşkəs elan etməyə və danışıqlara başlamağa çağırıb.