Bir qədər əvvəl nümayişçilər səfirliyin binası üzərindən İsrail bayrağını çıxarıblar
APA-nın verdiyi xəbərə görə, Əl-Cəzirə telekanalın göstərdiyi video süjetdə, nümayişçilər İsrail səfirliyin binasının pəncərələrindən kağızları küçəyə atmaları görünür.
Bildirilir ki, bu sənədlər Misir hökuməti ilə İsrail səfirliyinin əməkdaşları arasında aparılan yazışmadır. Sənədlərin əksəriyyəti ərəb dilinə tərcümə olunur.
Bir qədər əvvəllər, nümayişçilər İsrail səfirliyini qorumaq məqsədi ilə tikilmiş divarın bir hissəsini söküblər.
Səfirliyin müdafiəsi üçün nəzərdə tutulmuş beton divar avqustun sonunda İsrail diplomatik missiyasının qarşısında etiraz aksiyaları gedən zaman tikilib.
O zaman nümayiş iştirakçıları avqustun 18-də Misir-İsrail sərhədində silahlı insident zamanı beş Misir sərhədçisi həlak olmasına etiraz olaraq Qahirənin İsrailə əlaqələrin kəsilməsini tələb edirdilər.
Xatırladaq ki, Onlardan üçü, yaraqlıları təqib edən İsrail vertolyotundan açılan atəş nəticəsində həlak olublar. Yaraqlılar Misir ərazisində gizlənməyə çalışırdılar.
Qalan sərhədçilər Misirlə sərhəddə İsrail hərbiçilərinin yaraqlılarla baş vermiş toqquşma zamanı həlak olublar.
Bu gün Misirin paytaxtı Qahirədə minlərlə insan Təhrir meydanına etiraz aksiyasına keçirib.
Nümayişçilər tez bir zaman ölkədə islahatların keçirilməsini, habelə mülki şəxslərin cinayət işlərinə hərbi məhkəmələrin baxılmasına xitam verilməsini tələb edirlər.
Əsas tələblərdən biri isə iqtidarda olan hərbi şuranın hakimiyyəti mülki hökumətə verilməsinin tezləşdirməsidir. Nümayişçilər Misir İsrail sərhədində baş vermiş son insidentlərlə bağlı İsrail səfirinin ölkədən çıxarılmasını da tələb ediblər.