“İnterpol” Liviya lideri Müəmmər Qəddafinin həbsinə order verib
Bu barədə APA “Ria Novosti”yə istinadən məlumat yayıb. Beynəlxalq Polis Təşkilatı həmçinin Liviya liderinin oğlu Seyf-əl-İslam Qəddafi və Liviya kəşfiyyat xidmətinin sabiq rəhbəri Abdulla As-Senussinin də həbsinə order verib.
Həbs orderi Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno -Okamponun sorğusu əsasında verilib. Bununla da Liviya liderinin adı “Qırmızı bülleten”lə axtarışda olan adamların siyahısına daxil edilib.