Türkiyə Prezidenti Abdulla Gül bu gün Rusiyaya yola düşüb
Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat verib.
Səfər çərçivəsində Gül Yaroslavldakı Qlobal Siyasi Forumda iştirak edəcək.
Forumda habelə Rusiya Prezidenti Dmitri Medvedev, Almaniya kansleri Angela Merkel və Latviyanın eks-prezidenti Valdis Zatlers iştirak edəcək.
Gülün Medvedevlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair vəziyyəti müzakirə edəcəyi də gözlənilir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.