İsrail rejiminin qondarma baş naziri Binyamin Netanyahu "Türkiyə ilə əlaqələrdə bu gün gəlinən nöqtə, bizim seçimimiz deyil" deyib
Netanyahu tərəflər arasında əlaqələrin düzəlməsini istədiklərini də bildirib. İsrail rejiminin radiosunun xəbərinə görə, Netanyahu "Türkiyə ilə olan əlaqələrdə bu gün gəlinən nöqtə bizim seçimimiz deyil. Bizim türk millətinə və Türk ənənələrinə hörmətimiz böyükdür və əlaqələrin düzəlməsini istəyirik. Bununla birlikdə, yüksək səslə və açıqca deməyimiz lazımdır ki, haqlı və doğru yolda olmağımız, bizim ən böyük strateji xəzinəmizdir. Bu fırtınalı dövrdə hansı rejimlərin batıb, hansılarının ayaqda qalacağı bəlli deyil. Bölgəyə ağır bir sis buludu çökdü. İsrail öz inandığı və haqlı olduğu istiqamətdə hərəkət etməyə davam etməlidir", -deyə sionist Netanyahu bildirib. /deyerler/