Orta şərq » Mahmud Əhmədinejad: "Suriya hökuməti xalqın azadlıq, ədalət haqqını tanımalıdır"

İran prezidenti Mahmud Əhmədinejad suriyalı həmkarı Bəşər Əsədi etiraz aksiyalarının sərt yatırılmasından əl çəkməyə və müxalifətlə danışıqlara başlamağa çağırıb

“Media forum”un məlumatına görə, sentyabrın 7-də Portuqaliya televiziyalarından birinə müsahibə verən İran prezidenti deyib: “Hərbi yol heç vaxt düz deyil. Ona görə də tərəflər problemi danışıqlar yolu ilə həll etməlidir. Mən Suriya rəhbərliyinə islahat yolu tutacağı halda hər bir dəstəyi verməyə hazıram. Suriya hökuməti xalqın azadlıq, ədalət haqqını, xalqın özünə hörmət istəmək haqqını tanımalıdır”.

Mahmud Əhmədinejad NATO-nun Liviyada keçirdiyi əməliyyatları xatırladaraq başqa ölkələri, o cümlədən ABŞ-ı Suriyadakı daxili diskussiyalara müdaxilədən çəkinməyə çağırıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!