Yaxın şərq » Türkiyə İsrailin üç diplomatını qovdu

İsrail-Türkiyə münasibətlərində növbəti gərginlik

İsrail və Türkiyə arasında yaranmış gərginlik fonunda Türkiyə İsrailin Ankaradakı səfirliyindən azı 3 diplomatiın çıxarılması barədə qərar verib. Ancaq iki ölkə arasında diplomatik münasibətlərdə yaranmış gərginlik İstanbuldakı İsrail konsulluğuna hələlik təsir etməyib. İsrailin İstanbuldakı konsulluğunun nümayəndəsi Ohad Kaynar bildrib ki, Türkiyüə xarici işlər nazirliyindən konnsulluğun hər hansı əməkdaşının çıxarılması barədə hləlik heç bir məlumat əldə etməyiblər-ANS PRESS xəbər verir.

Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan ötən gün Ankaranın Yaxın Şərqdə vaxtilə yaxın müttəfi sayılan İsraili "ərköyün oğlanla" müqayisə etmiş və bu ölkəyə qarşı tezliklə əlavə sanksiyaların tətbiq olunacağını bəyan etmişdi. Rəcəb Təyyib Ərdoğan həmçinin İsraillə ticarət, hərbi və müdafiə sənayesi sahəsində bütün əlaqələrin tam dayandırıldığını bildirmişdi.

Bu arada bəzi kütləvi informasiya vasitələrinin yaydığı məlumatğa görə Türkiyə Misirlə hərbi razılaşma imzalamaq niyyətindədir. İki ölkə arasında müvafiq rzılaşmanın Rəcəb Təyyib Ərdoğanın sentyabrın 12-də Qahirəyə 15 ildə ilk səfəri zamanı imzalanacağı gözlənilir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!