Analitika və müsahibə » Müsəlmanların icadları dünyanı necə dəyişdi?

Qərb mədəniyyətini, Qərb təhsilini müasir dünyada ideal bir inkişaf modeli kimi qəbul edən əksər qərb ölkələrinin sahib olduqları uğurlara görə məhz İslam dünyasına borclu olduqlarını bilirdinizmi?

Hərçənd bu gün müsəlman cahil, İslam dini gerilik idealogiyası kimi qələmə verilsə də, dünya məhz müsəlman mədəniyyəti, elmi sayəsində dəyişmiş, inkişaf etmişdir.

İngiltərənin məşhur mətbu orqanlarından Milli.Az xəbər portalı "Zaman azərbaycan"a istinadən bildirir ki, “İndependent” (“The Independent”) qəzeti müsəlman ixtiraçıların Avropanı və dünyanı necə dəyişdirdiyini sübut edən bir məqalə nəşr edib. Məqalədə  müsəlmanların qəhvənin kəşfi, ilk uçma təcrübəsi, cərrahi alətlərin dizaynı, mürəkkəb qələmin icadı kimi insanlığın həyatını dəyişdirən 20 icadına yer verilib.
 
GÖZ

Qədim Yunanıstanda alimlər gözümüzdən şüaların çıxdığını və bunun sayəsində görə bildiyimizi düşünürdü. Ancaq onuncu əsrdə yaşamış müsəlman alimi İbn Haytam ilk dəfə işığın göz içinə girərək qırılması nəticəsində dünyanı gördüyümüzü kəşf edib. Qaranlıq otaq və işıq oyunları ilə görünüş əldə etməyi ilk olaraq, İbn Haytam kəşf etmişdir.

QƏHVƏ

Rəvayətə görə, Cənub Efiopiyanın Kaffa bölgəsində ərəb bir çoban olan Xalid qoyunlarının bir bitkini yedikdən sonra canlandığını müşahidə edib. Xalid bu bitkidən yığıb və qaynadaraq içib. İlk olaraq gecələri oyaq qalaraq işləmək və dua etmək istəyən Sufi alimlər tərəfindən istifadə edilən qəhvə 1645-ci ildə Venesiyaya çatmışdı. İngiltərənin paytaxtı Londondakı ilk qəhvəxananı isə bir türk açıb.  

UÇMAQ

Rayt qardaşlarının ilk uçma sınağından 1000 il əvvəl 852-ci ildə Abbas İbn Firnas adlı bir ərəb Kordovadakı məscidin minarəsindən taxta qanadlarla atlayaraq uçmağa çalışmışdı. Təbii ki, uça bilməyən Abbas taxta qanadların yaratdığı paraşüt effekti sayəsində yüngül bir şəkildə yerə düşmüşdü. Ancaq 875-ci ildə 70 yaşına çatmış çılğın ərəb bu dəfə ipək və qartal tüklərindən hazırladığı qanadlarla bir uçurumdan atlayaraq 10 dəqiqə havada qalmağı bacarmışdı.  

TİBB 

Dünyada bu gün istifadə edilən cərrahi alətlərin son dizaynları Əndüləs Əməvilərindən Əl Zəhraviyə məxsusdur. Əl Zəhravinin hazırladığı neştər, sümük mişarları, göz əməliyyatı üçün istifadə olunan qayçılar və daha 200 cərrahi alət müasir tibbdə hələ də istifadə edilir. Heyvan bağırsaqlarındanhazırlanmış cərrahi saplarla aparılmış tikişlərin öz-özünə itdiyini də ilk olaraq Zəhravi kəşf etmişdir. Müsəlman dünyasının dahi alimlərindən İbn Sinanın tibb elmi haqqındakı kitabı dörd əsr avropalı təbiblərin stolüstü kitabı olmuşdur. İlk peyvənd də İslam dünyasında inkişaf etdirilmişdi. Avropadan 50 il əvvəl Osmanlıdakı uşaqlar çiçək xəstəliyinə qarşı peyvənd edilirdi.

MAYELƏR

Mayelərin müxtəlif qaynama temperaturlarına görə bir-birindən ayrılması da müsəlman elm insanı Cabir ibn Hayyana məxsusdur. O  bir çox təcrübələri ilə müasir kimyanın da qurucusu sayılır.  

MİL SİSTEMİ

Düzxətli hərəkəti dairəvi hərəkətə çevirən mil sistemi də ilk dəfə bir İslam alimi Əl Ciziri inkişaf etdirmiş və daxiliyanma mühərrikinin icadına qədər bütün dünyadakı mexaniki cihazların təməl prinsipini hazırlamışdır.

SABUN

Səlib yürüşlərindəki xristian əsgərləri görən müsəlmanları dəhşətə salan şey onların təcavüzkarlığı deyil, avropalıların çox nadir hallarda təmizlənib çimmələri və bədənlərindən çox pis qoxunun gəlməsi idi. Qədim Misirdə də sabundan istifadə olunurdu, ancaq ərəblər bitki yağlarını qarışdıraraq müasir sabunu meydana gətirmişlər. Şampun da bir ərəb icadıdır. Ərəblər arasında məşhur olan şampun İngiltərədə yalnız 1759-cu ildə istifadə edilməyə başlanılmışdır. Səkkizinci əsrdə Əndəlüsdə küçələr işıqlandırılır, evlərə su çəkilirdi və evlərdə hamamlar var idi. O dövrdə avropalılar taxta çəlləklər içərisində yuyunurdular.

DÜNYA VƏ GÜNƏŞ

Doqquzuncu əsrdə Qalileydən düz 500 il əvvəl bir çox İslam alimi Yerin günəş ətrafında dövr etdiyini öz elmi əsərlərində göstərmişdi. Məhz İslam alimləri hesablamalar apararaq Yerin diametrinin 40 min 253 kilometr olduğunu deyərək həqiqi ölçüyə (40 min 453 km) yaxın bir rəqəm söyləmişlər.

ÇEK 

Müasir bank çekinin mənşəyi də ərəblərdə istifadə edilən və “sak” adlandırılan kağız idi. Ərəblər karvan soyğunlarının çox olduğu uzaq yerlərdə mallarını kiçik yazılı kağızlarla satırdı. Doqquzuncu əsrdə müsəlman bir tacir Çində əlindəki “sak”ları pula çevirə bilirdi.

ÜÇ NÖV YEMƏK

Əli İbn Nafi İraqdan İspaniyanın Kordova şəhərinə gələrkən Avropa ilk dəfə bir payda üç növ yemək mədəniyyəti ilə tanış oldu. İbn Nafinin menyusu şorba, balıq, ət, meyvə və çərəzdən ibarət idi. Avropaya ilk şüşə stəkanlar da məhz müsəlmanlar tərəfindən bu dövrdə gətirilmişdi.

BARIT

Barıt çinlilər tərəfindən icad edilsə də, hərbi məqsədlər üçün ilk dəfə ərəblər tərəfindən  istifadə edilmişdir. Xüsusilə Səlib yürüşlərində istifadə edilən raketəbənzər partlayıcılar xristian əsgərlər arasında böyük dəhşət oyandırmışdı.

QÜBBƏ VƏ KƏMƏR

  Qübbə və kəmər şəklindəki memari strukturlar İslam arxitekturasının məhsuludur. Xüsusilə qübbə arxitekturası mövzusundakı texnikalar Avropaya İslam alimləri vasitəsilə daşınmışdır. İngiltərə Kralı V Henrinin sarayının memarı da bir müsəlman olub.

XALÇA

Xalçanı da Avropaya müsəlmanlar gətirib. Xalça toxunmasındakı texnikaların, demək olar ki, hər formasını avropalılar müsəlmanlardan alıblar. Paltarların parçası və astarının arasında plombun istifadə edilməsi də Yaxın Şərqdə ortaya çıxan bir icaddır..  

KÜLƏK DƏYİRMANI

Külək dəyirmanı ilk dəfə İranda kəşf edilmiş və ərəb ölkələrində inkişaf etdirilmişdir. Avropada ilk külək dəyirmanı bundan tam 500 il sonra istifadə edilməyə başlamışdır.  

MÜRƏKKƏBLİ QƏLƏM 

İlk mürəkkəbli qələm də 953-cü ildə əllərini mürəkkəblə çirklətməkdən bezən Misir Sultanının tələbi əsasında icad edilib.  

Bundan başqa, şahmat, Alqoritm və Triqonometriya, bağça mədəniyyəti də Avropaya İslam dünyasından keçmişdir.

Milli.Az

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!