Türkiyədə bir məscidin imam-camaatının cümə xütbəsi ölkədə əks-səda doğurub
313news.net-in türk mətbuatına istinadən verdiyi xəbərə görə, Malatya şəhərində yerləşən "Turqut Özal" məscidinin imam-camaatının cümə xütbəsi etirazlara səbəb olub. Məlumata görə, imam xütbədə zülm altında yaşadıqlarını deyib: "Quran öyrədilmədi, Dəyanət də öyrətmədi. Başqa şeylər öyrədildi. Quran qanundur, başqa qanun qəbul etmirik. 85 ildir edilən zülm bitəcək".
Bundan sonra insanların etirazından sonra imam-camaat xütbəni tamamlamadan minbərdən enib və namazı müəzzin qıldırıb.
Məscidin önünə gələn hüquq-mühafizə orqanları imamla danışıblar.
Türkiyənin Müftilik qurumu isə imam-camaatı vəzifədən azad edib və səbəb kimi qurum tərəfindən müəyyən edilən xütbə mətninə kənar məsələlərin əlavə edilməsi göstərilib.