Analitika və müsahibə » Şamaxı rəsədxanasının qərarı əhalinin orucu batil etdi

QMİ bu günün Ramazan ayının 30-u olması haqqında fətva verib

Bayram namazının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurası sədrinin müavini Hacı Sabir Həsənlinin ANS PRESS-ə verdiyi məlumata görə, avqustun 30-u bayram axşamı, 31-i isə Ramazan bayramıdır. Bayram namazı isə sabah saat 09-09:30 radələrində “Təzə pir” və digər məscidlərdə qılınacaq.

Hacı Sabir bəzi müsəlman ölkələrinin Ramazan bayramını bu gün qeyd etməsini belə açıqlayıb:

“Bilirsiniz ki, nə vaxt ki, göydə təzə Ay göründü, həmin günün səhəri bayramdır. Onların iddialarına görə, Atlantik okeanının üzərində yeni Ay görünüb. Lakin Qafqaz Müsəlmanları İdarəsi bunu təsdiqləmir. İdarəyə görə, bayram sabahdır. Mən özüm də, bu gün oruc tutmuşam, sabah isə bayram namazını qılacağam”.

Lakin əvvəldən Şamaxı rəsədxanası bu günün bayram olacağını elan etmişdi. Mətbuatda və televiziyalarda "Ramazan bayramının dəqiq vaxtı bilindi" başlıqlı xəbərlər yayılırdı və bildirilirdi ki, bayram ayın 30-udur. Həmin xəbərdə belə deyilirdi:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Azərbaycanda Ramazan bayramının dəqiq tarixini açıqlayıb. Rəsədxananın direktoru Əyyub Quliyev APA-ya açıqlamasında bildirib ki, avqustun 29-da Bakı vaxtı ilə səhər saat 08:00-da yeni ay doğacaq: "Ola bilsin ki, bu, adi gözlə görünməsin. Ona görə də həmin gün oruc tutulmalıdır. Avqustun 29-u axşam bayram axşamı hesab olunur. Avqustun 30-u isə bayramdır. Həmin gün ay adi gözlə görünəcək".

İndi isə rəsədxana açıqlama verir:

"Ay dünən səhər saat 8-dən təzələnməyə başlayıb və artıq gecə təzələnib". Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi Ədalət Ətayi bildirib.

“Ay Günəşə çox yaxın olduğundan, biz Ayı adi gözlə seçə bilmirik. Bu səbəbdən təzə Ayın çıxması adi gözlə yalnız bu axşam görünəcək”, deyə Ə. Ətayi qeyd edib.

Beləliklə bu gün insanların bir hissəsi (bəlkə əksəriyyəti) oruc olmalı ikən, orucunu yedi. Çünki onlara səhv məlumat verilmişdi. /313news.net/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!