Azərbaycan və MDB » Bakıda partlayıcı qurğu aşkarlanıb

Paytaxtda Nəriman Nərimanovun heykəlinin yanında partlayıcı qurğu aşkarlanıb

Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, Nəriman Nərimanovun heykəlinin arxasında qazıntı işləri aparılarkən döyüş sursatının aşkarlanması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə əməliyyat qrupu çıxıb və Fövqəladə Hallar Nazirliyi (FHN) məlumatlandırılıb. FHN-nin xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. FHN mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanan sursatın döyüş başlığı olan istifadəyə yararsız, 100 mm tank mərmisi olduğu müəyyən edilib. Mərmi ərazidən götürülüb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!