Orta şərq » 7 nəfəri məsciddən çıxarıb güllələdilər

İraqın Əl-Yusifiyə şəhərində silahlı şəxslər məscidə hücum çəkib.

Milli.Az xəbər portalının «İTAR-TASS»a istinadən verdiyi məlumata görə, polis onların hərbi formada olduqlarını bildirib. Məscidə girən yaraqlılar oradan 7 nəfəri küçəyə çıxarıb və orada güllələyib. Güllələnənlərin hamısı sünnülərdən ibarət hərbi birləşmənin üzvləri olub. Qeyd edək ki, həmin birləşmə hökumətlə birlikdə «Əl-Qaida»ya qarşı mübarizə aparmaqla məşğuldur.

Cəsədlərin üzərindən tapılmış vərəqdə yazılıb ki, onlar «İraqda İslam Dövləti» təşkilatının üzvləri tərəfindən güllələnib. Bu, «Əl-Qaida»nın bölmələrindən biridir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!