Analitika və müsahibə » Bu gün İmam Həsənin (ə) mübarək mövlud günüdür

Bu gün Ramazan ayının 15-i, İmam Həsənin (ə) mübarək mövlud günüdür

Hicrətin 3-cü ili mübarək Ramazan ayının 15-ci gecəsində müsəlmanların 2-ci imamı İmam Həsən ibn Əli (ə) Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır.

Dünyaya gəldikdən 7 gün sonra anası Həzrəti Fatimə (s.ə.) İmam Həsəni (ə) ipək parçaya bükərək Allah Rəsulunun (s) yanına aparır. Bu ipək parçanı vəhy mələyi Cəbrail (ə) cənnətdən Peyğəmbərimiz (s) üçün gətirmişdi. Həzrət Peyğəmbər (s) uşağın adını Həsən qoydu və onun üçün əqiqə olaraq bir qoyun kəsdi.

Mövlud münasibəti ilə başda İmam Zaman (ə.f) olmaqla bütün müsəlmanları təbrik edirik. Allah bizlərə İmam Həsənin (ə) layiqli ardıcıllarından olmaq tofiqatını nəsib etsin! /deyerler/

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!