![](/up/news/article/2011/08/thumb_davutoaylu.jpg)
Türkiyənin Xarici işlər Naziri Əhməd Davudoğlu, Əsəd ilə etdikləri görüşmənin ardından Suriyada bəzi müsbət inkişafların olduğunu, ancaq Cümə günündən etibarən əməliyyatların yenidən başladığını söylədi.
313news.net saytının Türk məybuatına istinadən verdiyi məlumata görə bir çox vətəndaşın həyatını itirdiyi əməliyyatları üzrlü görmənin mümkün olmadığını və bunların dərhal sonlandırılmasını istəyən Davudoğlu, "Hörmətli Əsəd ilə etdiyimiz görüşmədə razı qaldığımız xüsusların bir an əvvəl həyata keçirilməsini istəyirik. Bir an əvvəl atılması lazım olan addımlar atılmalı və xüsusilə mübarək ramazanda bu cür vətəndaş itkinlərinə gətirib çıxaran əməliyyatlara son verilməlidir. Önümüzdəki günlərdə təmaslarımız davam edəcək." dedi.
Davutoğlu, Əskişəhərdə Əİ Partiyasının 10 quruluş ildönümü səbəbiylə qatıldığı mərasimin ardından Bazar Məscidində təravih namazını qıldı. Davudoğlu, məscid çıxışında jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırdı.
Son günlərdə bir çox xarici işlər naziri ilə görüşmələr reallaşdırdığını vurğulayan Davutoğlu, "Bunları onların öz tələbləri üzərinə reallaşdırdıq. Səhər saatlarında Fransa Xarici işlər Naziri ilə günortadan sonrada ABŞ Xarici İşləri Naziri Hillary Killinton ilə görüşdük. Bir az sonra isə İordaniya Xarici İşləri Nazirinin bir görüşmə tələbi var. Onunla da görüşəcəyik. Ayrıca bu gün Səfirimiz Suriya Xarici İşləri Naziri Müəllim ilə bir görüşmə reallaşdırdı. Gördüyünü kimi bütün tərəflər nezdində hər gün hər saat inkişafları izləyirik və görüşmələr reallaşdırırıq. Sabah bu mövzuda daha geniş əhatəli şərhlər edə bilərik." şəklində danışdı.
Əsəd ilə önümüzdəki günlərdə təmaslarının olacağını ifadə edən Davudoğlu, "Suriya bizim yaxından izlədiyimiz və hər istiqamətiylə doğrudan maraqlandığımız bir mövzudur. Önümüzdəki günlərdə bu mövzudakı şərhlərimiz davam edəcək" dedi.