313news.net saytının deyerler.org saytına istinadən verdiyi məlumata görə Quranyandırma rəzilliyini həyata keçirməkdə bütün dünya ictimaiyyətinin nifrətinə səbəb olmuş, amerikalı keşiş Terri Conc, özünün bir qrup tərəfdarları ilə birlikdə sentyabrın 11-də İslam və Qurani-Kərim əleyhinə nalayiq şüarlarla aksiya keçirmək niyyətindədir. Bu barədə “EXO Moskva” radiosu ABŞ-ın CBS telekanalına istinadən məlumat yayıb.
İyrənc əməli hətta ABŞ rəhbərliyi tərəfindən pislənən keşiş bildirib ki, artıq bu dəfə Qurani-Kərimi yandırmaq niyyətində deyil. Xatırladaq ki, bundan öncə də keşiş ABŞ-ın ən böyük məscidi önündə fitnəkar aksiya keçirmək istəsə də, polis ona mane olmuşdu.