Orta şərq » Kərzai, NATO-nun hücumu haqqında istintaq təlimatı verdi

Əfqanıstanın Dövlət Başçısı Həmid Kərzai, ölkənin cənubunda 8 nəfərin ölümü ilə nəticələnən NATO-nun hava hücumu haqqında istintaq açılması əmrini verdi.

313news.net saytının Türk mətbuatına istinadən verdiyi məlumata əsasən hakimiyyətdən verilən məlumatda, NATO-nun Hilmənddə əvvəlki gün təşkil etdiyi, 8 nəfərin ölümüylə nəticələnən hava hücumunun araşdırılması üçün bir qrupun vəzifələndirildiyi bildirildi.

Hilmənd qubernatoru Gülab Manqal da NATO-nun bölgədə əvvəlki gün təşkil etdiyi hava hücumunda aralarında qadın və uşaqların da olduğu 8 nəfərin həyatını itirdiyini qeyd etdi.

Ölənlərin, bomba mütəxəssisi bir müqavimətçinin ailəsi olduğu, hücumda bu adamın da öldüyü bildirildi.

NATO-nun liderliyindəki Beynəlxalq Təhlükəsizliyə Dəstək Qoşunu (ISAF) da Hilməndə bağlı Nad Əli bölgəsində, koalisiya güclərinə aid bir patrulun hücuma məruz qalması üzərinə hava hücumu təşkil edildiyini açıqladı.

ISAF, yerli liderlərlə edilən yığıncağın ardından özlərinin də hadisəni araşdırdıqlarını bildirdi.

Bu vaxt Əfqanıstanda təşkil edilən iki ayrı hücumda ölən 4 NATO əsgərindən 2-nin Fransız olduğu açıqlandı.

Fransa prezident administrasiyası, Əfqanıstanın şimal-şərqində Tagab vadisində müqavimətçilərlə çıxan qarşıdurmada 2 Fransız əsgərinin öldüyünü, 5-nin yaralandığını bildirdi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!