Orta şərq » Dünyanın ən kiçik Quranı Tehranda

IX Beynəlxalq Quran sərgisində dünyanın ən kiçik Quranı sərgilənir.

313news.net saytının quranevi.az saytına istinadən verdiyi məlumata görə Tehranda keçirilən XIX Beynəlxalq Quran sərgisində dünyanın ən kiçik Quranı sərgilənir. Bu Quranın ölçüsü 5x7 sm-dir və iki səhifədən ibarətdir.

QuranEvi.az saytının "İQNA"-ya istinadən verdiyi məlumata əsasən, iki səhifəlik Quranın sağ tərəfdəki səhifəsində Quranın 16 cüzü və sol tərəfdəki səhifəsində Quranın 14 cüzü yazılıb. Həmin Quran həmçinin 9526 parça qiymətli daşlarla (yaqut, birliyant, mirvarid və zümrüd) bəzədilib.

Quranın cildinin üzərində 126 ədəd briliyantdan istifadə olunaraq “Əl-Quranul-Kərim” sözü yazılıb və onun qıraqları qızılla bəzədilib.

XIX Beynəlxalq Quran sərgisi avqustun 27-dək Tehranda davam edəcək. Sərgi hər gün yerli vaxtla 17:00-dan 24:00-dək əhalinin üzünə açıqdır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!