İngiltərə Xarici işlər Naziri William Hague, Suriyaya əsgəri müdaxilənin uzaq bir ehtimal olmadığını söylədi.
313news.net saytının Türk mətbuatına istinadən verdiyi məlumata görə Hague, Suriya təhlükəsizlik güclərinin ölkənin müxtəlif şəhərlərində rəhbərliyə etiraz edən nümayişçilərə qarşı gördüyü sərt tədbirlərə münasibətini bildirdi.
Hague, Suriyaya istiqamətli daha güclü bir beynəlxalq təzyiq etməyin zəruriliyini vurğuladı.
Əl Cəzire televiziyası, Suriya təhlükəsizlik güclərinin ölkənin Hama və Dər Əz Zor şəhərlərində təşkil etdiyi hücumlarda ölənlərin sayının 150-ə yüksəldiyini bildirmişdi.