Komitədən ANS PRESS-ə verilən məlumata görə, «Şəhidlər» məscidinin fəaliyyətinin dayandırılması ərazidə nəzərdə tutulmuş təmir-bərpa işləri ilə əlaqədardır: «Şəhidlər Xiyabanında, eləcə də məscidin yerləşdiyi ərazidə geniş bərpa işlərinin aparılması planlaşdırıldığı üçün məscidin fəaliyyətinin dayandırılması zəruri hala çevrilib».
Komitədən həimçinin bildirilib ki, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin Din hizmətləri müşavirliyi bu barədə məscidə ibadətə gələnlərə müvafiq məlumat verib. DQİDK bildirir ki, məscidin fəaliyyətinin dayandırılmasının başqa səbəblərlə əlaqələndirilməsinin heç bir əsası yoxdur. Komitədən məscidin nə vaxt açılacağı barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, «Türk camesi» kimi tanınan bu məscid aprelin 25-də günorta namazından sonra bağlanıb.
ANS PRESS