Dünyada » İngiltərənin göbəyində şəriət idarə bölgələri

Həddindən artıq islamçı təşkilat İngiltərədə şəriət idarə bölgələri yaratmaq üçün bir kampaniya başlatdı.

313news.net saytının Sabah qəzetinə istinadən verdiyi məlumata görə bir təşkilat İngiltərənin göbəyində Londonun bəzi səmtlərində və prospektlərində şəriət idarə bölgələri elan etməyə başladı. Bunun üçün prospektdən keçən insanlara elanlar paylanılır. Elanlarda "Şəriət idarə bölgəsinə girirsiniz- İslami qaydalar zəruridir!" yazılıb. Təşkilat avtobuslara, prospektlərə və trafik işıqlarına da yapışdırılan elanların olduğu  bölgələrdə musiqi ya da konsert, qumar, porno, fahişəlik, narkotik və siqaret qadağan olduğunu iddia edir.

İslami təşkilatın spikeri Anjem Choudary məsuliyyətin özlərinə aid olduğunu, müəyyən müsəlman və qeyri müsəlman qruplara elan paylamağa davam edib İslam İmperatorluğunun toxumlarını əkməyi planladıqlarını açıqladı.

Təşkilat keçdiyimiz həftə, Waltham Forest, Hamlets Towers və Newham kimi bölgələrdə işlərə başladı. İngiltərədə həddindən artıq İslamçıların sıxlaşdığı 25 bölgə var. Choudary bu bölgələrə əllərindən gəldiyincə nüfuz etməyə çalışacaqlarını söylədi. Təşkilat dəstəkçiləri İngiltərədə fahişəlik, qumar, spirt və bənzəri şeylərdən xilas olmanın bəlkə də tək yolu olaraq idarə bölgələri qurulması lazım olduğunu düşünür.

Metropol Polisləri isə yerli səlahiyyətlilərlə elanların qaldırılması üçün əməliyyat başlatdı.

Choudary Waltham Forestdə bir etiraz təşkil edəcəklərini də bildirdi. Etirazın səbəbi isə İslam əleyhdarı Anders Breivik tərəfindən keçən cümə Norveçdə reallaşan qırğındı.

Waltham Forest Şura Başçısı Chris Robbins isə, hadisəsni eşitdikləri andan etibarən elanları qaldırma işlərinə başladıqlarını açıqladı. Xalqın belə həddindən artıq ideologiyalarla təzyiq altına alınmasının səhv olduğunu, bunun axmaqlıqdan başqa bir şey olmadığını söylədi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!