İRNA-nın məlumatına görə , Mahmud Əhmədinejad Tehranda şəhid və veteran ailələri ilə görüşdə deyib : İran xalqı öz ideyalarına sadiqdir və xalq şəhid ailələri bütün varlıqlarını inqilaba təqdim ediblər .
İran prezidenti sonra deyib : Bəziləri öz siyasətlərini və rəftarlarını dəyişmək istədiklərini deyiblər və biz bunu müsbət qarşılayırıq.
Əhmədinejad onlara xitabən deyib : Siz 100 il pis rəftar etmisiniz dünyanı xarab etmisiniz, əgər düzgün rəftar etsəniz və dünya bunu əməldə görmüş olsa sizə kömək edəcək. Əhmədinejad bəzi qüdrətlərə tövsiyə edib ki , öz sərhədləri və hüquqları daxilində hərəkət etsinlər və İran üçün şərt təyin etməsinlər . İİR prezidenti Buşun taleyinə işarə edərək deyib : Bu şərtləri ABŞ-ın keçmiş prezidenti də təyin etmişdi və nəticəsini də gördü. /irib/