Beyrut AP-nın verdiyi məlumata görə Suriyanın Xarici İşlər Naziri ABŞ və Fransız səfirlərini icazəsiz Dəməşqdən kənara səyahət etməməyə çağırıb.
Çərşənbə günü Vəlid Əl- Muəllim deyib ki, əgər səfirlər qaydalara əməl etməkdən boyun qaçırarlarsa onda Suriya bütün səfirlərə paytaxtı tərk etməyi qadağan edəcək.
Bu ayın əvvəlində ABŞ və Fransa səfirləri Prezident Bəşər Əsədin əleyhdarlarının “qala”-na çevrilən Hama şəhərinə səfər etmişdilər. Suriya hökuməti səfəri tənqid edərək dedi ki, bu səfər icazəsiz olub. Rejim diplomatik nümayəndəlikləri Suriya hökumətinin daxili işlərinə qarışmaqda ittiham edib.