Azərbaycan və MDB » Azərbaycanda analoq televiziyanın ömrü bitir

Azərbaycan radio və televiziya sistemində rəqəmsal televiziyanın tətbiqi 2013-cü ilin I yarısına kimi yekunlaşacaq.

«APA-ECONOMICS»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirliyin bu gün keçirilən kollegiya iclasında bildirib.

Ə. Abbsovun sözlərinə görə, rəqəmsal televiziya tətbiq edildikdən sonra Azərbaycanda analoq televiziya yayımı tamamilə dayandırılacaq və bütün yayım rəqəmsal sistemlə həyata keçiriləcək. «Hazırda əhalinin yalnız 60-%-i rəqəmsal televiziyadan istifadə edə bilər. Biz bu faiz göstəricisini 100%-dək çatdırmaq niyyətindəyik. Rəqəmsal sistem tətbiq edildikdən sonra 10-12 televiziya proqramçı Azərbaycanın bütün ərazisinə yayımlanacaq»,- deyə nazir qeyd edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!