Azərbaycan və MDB » Müsəlman ziyalıları Azərbaycan hökumətinə hicab qadağası ilə bağlı müraciət edib

Dünyanın müxtəlif ölkələrində yaşayan bir qrup müsəlman ziyalı Azərbaycan məktəblərində tətbiq oluna "hicab qadağası" ilə bağlı Azərbaycan hökumətinə müraciət edib.

SalamNews-un məlumatına görə, bəyanata imza atan ziyalılar Azərbaycan məktəblərində tətbiq olunan və 2010-2011-ci dərs ilində bu səbəbdən bəzi qız uşaqlarının təhsildən ayrı düşməsinə səbəb olan hicabla məktəbə gəlməyə qoyulan qadağaya öz etirazlarını bildiriblər.

SalamNews-un İran mətbuatına istinadən verdiyi xəbərə görə, yayılan ayrı-ayrı bəyanatların hamısında orta məktəblərdə hicaba qoyulan qadağanın yaxşı təcrübə olmadığını və bu faktın hakimiyyətin imicinə zərbə vurduğunu bildirilib.

Azərbaycan hökumətinin tezliklə bu qadağanı ləğv edəcəyinə ümid edən bəyanat müəllifləri arasında Küveytdən olan jurnalist və yazıçı Əbdul-əziz Abdullah Al-ganai, Livandan olan xeyriyyəçi və hüquq müdafiəçisi Yəhya Yəhya, İordaniya Universitetinin professoru Məhəmməd Hisham, Tunis Universitetinin professoru Murad Al-ravisi, Pakistan yazıçısı Murad Hacbi də var.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!