Azərbaycan və MDB » Daxili İşlər Nazirliyi İctimai Palatanın keçirdiyi aksiya ilə bağlı rəsmi məlumat yayıb

Daxili İşlər Nazirliyi İctima Palatanın bü gün keçirdiyi aksiya ilə bağlı rəsmi məlumat yayıb.

Bu barədə SalamNews-a DİN-nin mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyalarının üzvləri bu gün paytaxtın müxtəlif yerlərində toplantıların təşkili və keçirilməsi qaydasını və ictimai asayişi pozan hərəkətlərə yol veriblər. Əksəriyyəti Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri olan bu qanunsuz aksiyanın iştirakçıları saat 17.00-dan başlayaraq ayrı-ayrı kiçik qruplarla əhalinin dincliyini, hüquq və azadlıqlarını, şəhər nəqliyyatının normal fəaliyyətini pozub, onları hüquq qaydasına riayət etməyə dəvət edən polis əməkdaşlarına müqavimət göstərib, xırda xuliqanlıq əməlləri törədiblər.

Görülən tədbirlərlə ümumi sayı 80 nəfərədək olan aksiya iştirakçılarından toplantıların keçirilməsi qaydasını pozan, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama və xırda xuliqanlıq xətaları törədən 23 nəfəri saxlanılıb. Onların əməlləri qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün sənədləşdirilərək 10 nəfər barədə toplanan materiallar aidiyyəti məhkəmələrə göndərilib, daha 13 nəfər haqqında ərazi polis orqanlarında müvafiq qərarlar qəbul edilib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!