Azərbaycan və MDB » Elmar Vəliyev qeyri-adi hərəkətlərinə davam edir

Gəncənin icra başçısı məmur özbaşınalığının pik həddindədir.

Gəncə şəhər icra hakimiyyətinin yeni başçısı Elmar Vəliyev yerli dindarların narazılığına səbəb olacaq hərəkət edib. Gəncənin Şah Abbas məscidinin möminlərindən birindən aldığımız məlumata görə, Elmar Vəliyev Şah Abbas məscidinə gələrkən Allahı axtarıb.

Əvvəlcə ayaqqablarını soyunmayan icra başçısına möminlərdən biri Allahın evinə ayaqyalın girməyi tövsiyyə edib. Ona «müəllim» deyə müraciət edən möminə əsəbləşən E.Vəliyev «müəllim yox, cənab başçı» deyə onun «səhvini» düzəldib. Daha sonra məscidin içərisinə daxil olan icra başçımı sağına-soluna baxaraq, ironik şəkildə «bəs, Allah hanı» deyib.(bizimyol)

Göründüyü kimi Elmar adlı bu şəxs qeyri-adi hərəkətləri ilə icra başçısına yaramayan hərəkətlərini davam etdirir. Qeyd edək ki, əksər hallarda bu cürə hərəkətlər əksər hallarda psixoloji-ruhi çatışmazlıqların göstəricisidir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!