Dünyada » İran və Əfqanıstan prezidentləri regionda yaranmış vəziyyəti müzakirə ediblər

Bu gün səhər Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 10-cu iclasında iştirak etmək üçün Qazaxıstana səfər çərçivəsində İran prezidenti Mahmud Əhmədinejad və Əfqanıstan prezidenti Həmid Kərzay Astananın “Redisson” otelində görüş keçiriblər

SalamNews IRNA-ya istinadən xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin Əfqanıstanda və regionda yaranmış vəziyyət müzakirə edilib. Dünən isə İran prezidenti Qazaxıstan və Çin prezidentəri ilə təkbətək danışıqlar aparıb. Mahmud Əhmədinejad Qazaxıstanda yaşayan iranlılarla görüşdə nitq söyləyib.

Xatırladaq ki, ŞƏT-in 10-cu iclasında təşkilatın əsas üzvləri olan Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və müşahidəçi ölkələr olan İran, Pakistan və Hindistan iştirak edirlər. Əfqanıstan prezidenti Astanaya qonaq qismində dəvət olunub.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!