İranın kəşfiyyat xidmətinin başçısı Heydər Moslehi dövlət müəssisələrində fəaliyyət göstərən növbəti casus şəbəkəsinin zərərsizləşdirilməsi haqda məlumat verib
SalamNews Press TV-yə istinadən xəbər verir ki, Moslehi şəbəkənin ABŞ-ın Mərkəzi Kəşviyyat İdarəsi tərəfindən yaradıldığını qeyd edib. O bildirib ki, elimi fəaliyyətlə məşğul olan və şəbəkə üzvlərinin əksəriyyəti ABŞ və Böyük Britaniyanın xüsusi xidmətlərinə işlədiklərindən, iranofobiya və islamofobiya yaydılmasına xidmət edən informasiyalar yaydıqlarından xəbərsiz olublar.
Xatırladaq ki, mayın 21-də İİR kəşfiyyatının başçısı casus şəbəkəsinin aşkarlanması və ABŞ-a casusluqda şübhəli bilinən 30 nəfərin həbsi haqda məlumat yaymışdı.