Yaxın şərq » İsrail yenə qorxuya düşüb

Fələstinin fəalları “facebook” sosial şəbəkəsində yeni bir nümayiş üçün xalqa səsləniblər. 


İslam-Azeri.az İnternet Qəzetinin "Mignews"-ə istinadən verdiyi xəbərə görə, nümayişi “qayıdış” adı ilə başladan fəallar digər nümayişlərdən daha böyük olacağını bildirib və bütün müsəlmanları onalara dəstək olmağa çağırıb. 

Nümayişin iyun ayının sonlarına planlaşdırıldığı da bəyan edilib. 

Daim cəsarəti və dirənişi ilə İsrail rejimini qorxuya salan fələstin xalqının bu çağırışı da İsrail hökümətində ciddi narahçılığa səbəb olub.

Nümayişin təşkilatçılarından olan Əbdul Lətifin dediklərinə görə planlaşdırılan nümayişdə “Nəqba günü“ və “Nəqsa günü” keçirilən nümayişə nisbətdə daha çox insanın iştirakı gözlənilir. Əbdul Lətif həmçinin onu da əlavə edib ki, nümayişlərin məqsədi İsrail rejiminin sakit şəkildə milyonlarla qaçqına etdiyi zülmü dünya ictimaiyyətinə çatdirmaqdır.


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!