Yaxın şərq » BMT Suriyanı gizli nüvə fəaliyyətində ittiham edib

Dəməşq hökumətinə qarşı daha bir qətnamə qəbul edilib.

İslam-Azeri.az İnternet Qəzetinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Beynəlxalq Atom Enerjisi Təşkilatı gizli nüvə fəaliyyətləri həyata keçirdiyi iddiasıyla Suriya dosyesini BMT Təhlükəsizlik Şurasına təqdim edib.

Qətnamə layihəsi 35 üzvü olan idarə Heyətində 17 səslə qəbul edilib. 6 ölkə qərarın əleyhinə səs verib.

Rusiya və Çin də qətnamənin əleyhinə səs verənlər arasında olub. 11 ölkə bitərəf qalıb, 1 ölkə səsvermədə iştirak etməyib.

Qətnamədə Suriyanın İsrailin 2007-ci ildə vurduğu bir təsisdə araşdırma aparılmasına üç ildir mane olduğu bildirilib.

Sözügedən təsisdə gizli nüvə fəaliyyətlərinin həyata keçirildiyinə dair iddialar var.

Qətnamənin qəbul olunmasından sonra Dəməşqdən verilən açıqlamada bunun üzücü gəlişmə olduğu bildirilib. Ancaq Suriya UEAK-la müzakirələri davam etdirəcəyini bəyan edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!