Yaxın şərq » SON 8 İLDƏ 47 HAKİM

İraqda 2003-cü ildən bu günə qədər 47 hakim öldürülüb.

FaktXeberin verdiyi məlumata görə, bu haqqda İraq Ali Məhkəməsinin sədri Abdulsəttar Bayraqdar açıqlamasında bildirib.

O bildirib ki, hakimlərə qarşı yönəlmiş hücumlar 2007 və 2008-ci illərdə pik səviyyəyə qalxmışdı. Lakin 2008-ci ildən sonra hakimlərin öldürülməsi ilə bağlı hadisələrdə enmə müşahidə olunub.

Bu gün səhər isə növbəti dəfə məhkəmə hakimlərindən olan Basim Bəyarın silahlı hücum nəticəsində öldürülməsi qeydə alınıb.

Hadisə silahlı qruplaşma tərəfindən səssiz tapanca vasitəsilə həyata keçirilib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!