Dünyada » ABŞ-dan Türkiyəyə şok istək

ABŞ, Türk təyyarələrinin Liviya əməliyyatlarında qatılmasını istəyib.

İslam-Azeri.az İnternet Qəzetinin "Haber Türk"-ə istinadən verdiyi xəbərə görə, ABŞ rəhbərliyi, aralarında Türkiyənin də olduğu beş müttəfiqinə Liviya lideri Muəmmar Qəddafi qüvvələrinə qarşı əməliyyatlar təşkil edən NATO-ya daha çox dəstək olmalarını istəyib.

Gələn ay təqaüdə çıxan Müdafiə naziri Robert Qeyts dünənki vida çıxışında, İspaniya, Türkiyə və Hollandiyanın NATO-ya dəstək verərək Liviya əməliyyatlarına qatılmasını istəyib.

Qeytsin həmçinin Almaniya və Polşadan da NATO-ya dəstək verməsini gizli şəkildə istəyib. 

Abu-Dabi-də təşkil olunan konfransda Hillari Klintonun da bunları istəyəcəyi gözlənilir.


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!