Analitika və müsahibə » Hitlerin nəticəsi İsrail rejimində yaşayır?
İtaliyanın La Repubblica qəzeti Hitlerin nəticəsini tapmağa müvəffəq olub. Məlub olub ki, o İsrail rejiminin Fələstində işğal etdiyi ərazidə yaşayır və burada ətrafdakıların diqqətini cəlb etməməyə çalışır, - Nyusru.co.il xəbər verir.


Bu insan “Hiler” soyadı daşıyır. Belə ki, onun nənəsi Erna Patra müharibə sona çatdıqdan sonra özünün xoşagəlməz qohumundan uzaqlaşmaq qərarına gəlmişdi. Bununla yanaşı, Erna Patranın özü Hitlerin ögey qardaşının oğluna ərə gedir və ömrünün sonuna qədər Hitlerin “Mənim mübarizəm” kitabının əsasını təşkil edən ideyaların daşıyıcısına çevrilir.

Bundan sonra Erna Patra ikinci dəfə evlənir və onun həyat yoldaşının adı Qans olur. “Nənəm mənim babam ilə boşandıqdan sonra Qansa ərə gedib. Buna görə də mənim Hitler ilə heç bir genetik əlaqəm yoxdur”, - deyə Hiler iddia edir.

Hazırda Erna Patranın nəvəsi Hiler İsrail rejimindəki universitetlərdən birində dərs deyir. Öz nənəsi haqqında fikirləri isə o belə bölüşür: “O, insanların dərd çəkməsinə laqeyid idi. Nasistlərin verdiyi əzablar onu narahat etmirdi”. "Dəyərlər"


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!